Sergey Lavrov: “Rusiya və Azərbaycan strateji tərəfdaşdır”

“Azərbaycanla Rusiya arasında diplomatik əlaqələr qurulduqdan sonra iki ölkənin münasibətlərin yeni mərhələ başladı”.

Milletcilik.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ADA universitetində tələbələr və müəllim heyəti ilə görüşdə deyib. O bildirib ki, iki ölkə strateji tərəfdaşdır: “Qarşılıqlı maraq kəsb edən əlaqələr bütün sahələrdə çox yaxşı şəkildə irəliləyir. Ölkələrimiz arasında qarşılıqlı anlaşma Qafqaz və Xəzər regionunda təhlükəsizlik üçün ən vacib amillərdən biridir”.