Sergey Lavrov: “Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək”

Rusiya Federasiyası 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək.

Millətçilik.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziriSergey Lavrov 2018-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

“Ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il olduğundan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin fəaliyyətinə bizim töhfəmiz hələlik tanışlıq görüşlərindən ibarət oldu. Amma bu ay rusiyalı, fransalı, amerikalı həmsədrlərin Ermənistan və Azərbaycan xarici işlər nazirlərilə daha bir görüşü nəzərdə tutulur. Odur ki, artıq uzunmüddətli olan, lakin İrəvanla Bakının xoşməramı və həmsədrlər də daxil olmaqla beynəlxalq birliyin dəstəyilə həll oluna biləcək bu münaqişəni yoluna qoymağa, məncə, bu istiqamətdə də dəstək verə biləcəyik”, – deyən rusiyalı nazir Azərbaycan tərəfindən münaqişəyə “çözüm axtarmağ”a hazır olduqlarını səsləndirməsinin “təqdirəlayiq” olduğunu, Ermənistanın buna “müvafiq şəkildə” cavab verəcəyinə inandığını qeyd edib.