Samuxda kişi baldızını bıçaqlayıb

Samuxda 47 yaşlı qadın yeznəsi tərəfindən bıçaqlanıb.

Millətçilik.az-ın xəbərinə görə, hadisə oktyabrın 7-də rayonun Bağbanlar kəndində baş verib.

Belə ki, Şirvan rayon sakini 1973-cü il təvəllüdlü Həbib Orucov baldızı, Bağbanlar kənd sakini 1972-ci il təvəllüdlü Gülşən Orucovanı ailə məişət zəminində bıçaqlayıb və hadisə yerindən qaçıb.

Yaralı Gəncə şəhər A.Səhhət adına 1 saylı xəstəxanasına çatdırılıb.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

H.Orucovun yerinin müəyyən edilərək istintaqa təqdim edilməsi üçün istintaq-əməliyyat axtarış tədbirləri davam etdirilir.