Şahin Seyidzadə: “Prezidentin gənclərə böyük etimadı var”

Bunu açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.

Deputat deyib ki, bugün ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir: “Cənab Prezident İlham Əliyevin rəhbərləri ilə ölkəmizdə yürüdülən siyasət, yenidənqurma və islahatlar mərhələsinin arxa fonunda və gələcək hədəflərinin təməlində gənclər dayanır.

Ölkəmizdə bir çox sahədə aparılan islahatlarda gənc və peşəkar kadrlar iştirakçı olaraq, sözügedən islahatların uğurlu nəticələrindən faydalanır. Cənab Prezident İlham Əliyevin 3 saylı DOST Mərkəzinin açılışında bildirdiyi kimi “…gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var..”.

Gənc və peşəkar kadrların məsuliyyətli vəzifələrdə olması onu göstərir ki, Prezidentin gənclərə böyük etimadı var. Qısa müddətdə icra hakimiyyəti orqanları və Milli Məclisdə kadr islahatları aparılaraq gənc kadrlar üçün geniş imkanlar yaradılıb. Rəhbər vəzifələr də daxil olmaqla bir çox sahə üzrə gənc kadrlar vəzifəyə təyin edilir. Artıq gənclər öz bacarıq və perspektivləri ilə həm xalqa, həm də dövlətçiliyə faydalı xidmət göstərir”.

Deputat Şahin Seyidzadə deyib ki, gənclərin ictimai-siyasi və ümumi əmək fəaliyyəti ölkə rəhbərliyi tərəfindən müsbət qiymətləndirir: “Hal-hazırda Azərbaycan gəncliyi bir çox sahədə uğur qazanaraq ölkəmizi layiqincə təmsil edir. Biz bu gün rahatlıqla deyə bilərik ki, gənclər ölkə səviyyəsində cəmiyyətin önəmli təbəqəsidir. Çünki bunu onlar öz fəal addımları ilə sübut ediblər. Bu fəallıq özünü könüllülük sahəsində də göstərir. Könüllülər pandemiya dövründə tətbiq olunan xüsusi karantin rejimində faəllıq göstərərək tibb, sosial və digər sahələrdə öz peşəkarlığını göstərdi”.

(Bizimyol.info)