Sahibə Qafarova “Anıtqəbri” ziyarət edib

Azərbaycan parlament nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını – “Anıtqəbri” ziyarət edib.

Bu barədə “Report”a Milli Məclisdən məlumat verilib.

Milli Məclisin Sədri Sahibə Qafarovanın adından “Anıtqəbri” önünə əklil qoyulub. Milli Məclisin Spikeri Xatirə kitabına ürək sözlərini yazıb.

13:30

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub.

Bu barədə “Report”a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, ümummilli liderin parkdakı heykəli önünə əklil qoyulub.