Şabranda dağlıq ərazidə meyiti tapılan gəncin öldürüldüyü məlum olub

Şabranda meyiti tapılan şəxsin öldürüldüyü məlum olub.

Milletcilik.az-ın məlumatına görə, martın 3-də Şabran rayonu, Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə meyiti tapılan, 2000-ci il təvəllüdlü Elton Siyasət oğlu Əzimovun üzərində zorakılıq əlamətləri aşkar edilib. Qətlin hansı şəraitdə və kimin tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Şabran rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.