Saakaşvili Kievdə intihar etməyə cəhd edib

Gürcüstanın keçmiş prezidenti Mixayıl Şaakaşvili Kievdə yaşadığı 8 mərtəbəli evin damına çıxaraq intihar etməyə cəhd edib. Damda olarkən öz tərəfdarlarına çağırış edərək onun güc strukturları tərəfindən oğurlanacağını bəyan edib. Hal-hazırda Mikayıl Şaakaşvilinin evində hüquq mühafizə orqanları tərəfindən axtarış aparılır. Keçmiş prezidentin vəkilləri evə buraxılmır. Mixayıl Şaakaşvili artıq həbs edilib. Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixayıl Saakaşviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə cəhd ittihamı irəli sürülüb.