Səudiyyədən 100 milyon dollar yardım – ABŞ-dan reaksiya

Səudiyyə Ərəbistanı Suriyanın Rakka şəhərinin restavrasiyası üçün İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələrinə 100 milyon dollar ayırıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert danışıb.

Noyert ABŞ-ın Ər-Riyad hökumətinin dəstəyindən məmnunluq hissi keçirdiyini ifadə edib və yardımın Dövlət katibi Mayk Pompeonun 12 iyulda Brüsseldə keçirilən İŞİD-ə qarşı mübarizə koalisiyasının toplantısında edildiyini açıqlayıb.