Sərnişin qatarlarının sayı artırılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Millətçilik.az-a verilən məlumata görə,Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.

Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə
xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir
qisminin mayın 18-dən etibarən yumşaldılması ilə əlaqədar sərnişinlərin
sayının artması müşahidə olunur. Abşeron dairəvi dəmir yolu xətti üzrə
hərəkət edən qatarlara tələbatı nəzərə alaraq, mayın 20-dən xəttə əlavə qatar
buraxılıb. Bununla əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət
cədvəlində dəyişiklik edilib.Qatarların yeni hərəkət qrafiki ilə ətraflı aşağıdakı linkdə cədvəllə tanış ola bilərsiniz.

https://ady.az/az/news/read/1787/43