Şəmkirdə yük maşını aşıb, kərpiclər yola tökülüb – FOTO

 

Bakı-Qazax avtomobil yolunda yük maşını aşıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobili dönmə əməliyyatı zamanı aşıb. Nəticədə maşının yük yerindəki kərpiclər yola tökülüb. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.