Şəmkirdə 39 yaşlı qadın döyülüb

Şəmkir rayonunda 39 yaşlı qadın döyülüb.

Millətçilik.az məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Lalə Sultanova həmin qəsəbədə olan torpaq sahəsində hasar hördürmək istəyərkən qonşusu ilə arasında mübahisə yaranıb. Nəticədə qad;n döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.