Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var

Şəkidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Millətçilik.az-ın məlumatına görə, hadisə bu gün rayonun Cəfərabad kəndinin ərazisində qeydə alınıb.

Şəki rayon sakini idarəetdiyi “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən həmyerlisi Əli Eyublunun idarəetdiyi “VAZ 2107” markalı minik avtomobilini vurub. Zərbənin gücündən “VAZ 2107” yoldan çıxaraq aşıb.

Qəza zamanı “Opel”in sürücüsü xəsarət almasa da digər avtomobilin sürücüsü Ə.Eyublu və onun avtomobilindəki sərnişin, rayon sakini Daşqın Rasim oğlu Yunusov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ə.Eyublunun xəsarəti yüngül olduğundan ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. D.Yunusovun müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.