Şəkidə ağacdan yıxılan 83 yaşlı kişi ağır xəsarət alıb

Şəkidə ağacdan yıxılan 83 yaşlı kişi ağır xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, noyabrın 27-də Şəki şəhər Q. Axundov küçəsi ev 41 ünvanında yaşayan 1934-cü il təvəllüdlü Əlican Kərəm oğlu Cəbrayılov yaşadığı ünvandan xurma yığan zaman ağacdan yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaşlı kişi Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

MRX-dan APA-ya verilən məlumata görə, Əlican Cəbrayılovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.