Səfir: “Azərbaycan rusiyalı turistlər üçün cəlbedici istiqamətə çevrilir”

“Azərbaycan artıq Rusiya vətəndaşları üçün tanınmış və cəlbedici turizm istiqamətinə çevrilir. Rusiyalı turistlər Azərbaycana həm yayda, həm də qışda səfər edirlər. 2018-ci ildə Rusiyadan Azərbaycana turist axınında 20%-lik artım qeydə alınıb”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail BoçarnikovBakıda keçirilən mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, o, bu yaxınlarda Şahdağdakı dağ-xizək mərkəzində olub.

“Azərbaycanın dağ-xizək mərkəzləri ilə Şimali Qafqazın dağ-xizək mərkəzləri arasında fəal əməkdaşlıq qurulur”, – rusiyalı diplomat əlavə edib.