Rüstəm Orucov dünya çempionatında 1/4 finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, 73 kq çəkidə çıxış edən idmançı buna ardıcıllıqla Vadzim Şoka (Belarus), Georgios Markariyan (Yunanıstan) və Konstantin Qabunu (Kanada) məğlub etməklə nail olub. O, yarımfinala vəsiqə uğrunda Tohar Butbul (İsrail) – Fabio Bazile (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Eyni çəkidə yarışan Hidayət Heydərov isə 1/4 finalın bir addımlığındadır. Friqyes Zabo (Macarıstan) və Musa Moquşkovdan (Rusiya) güclü olan yığma üzvü 1/8 finalda Erik Hamla (Böyük Britaniya) qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan millinin digər üzvü – 57 kq çəkidə çıxış edən İçinxorloo Munxtsedev ilk görüşdə Miryam Roperə (Panama) uduzub.