Rusiyaya xidmət edən hər kəsi güllələcəyik

Rusiya lehinə hərəkət edən vətəndaşları güllələmək lazımdır.

Milletcilik.az xəbər verir ki, Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov söyləyib.

“Rusiya Federasiyasının müdafiə qabiliyyətini gücləndirən əməkdaşlığa bir işarə belə varsa, biz həmin şəxsi həbs edib güllələyəcəyik. Başqa variantımız yoxdur. Nə vaxt güllələyəcəyik? Bunu başqa zaman müzakirə edərik. Edam olunmayan şəxslər isə həbsxanaya göndəriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, Ukraynada ölüm cəzası 2003-cü ildə ləğv edilib.