Rusiyanın Xəzər Donanmasında antiterror təlimlər keçirilib

Rusiyanın Xəzər Donanmasının Həştərxan, Mahaçqala və Kaspiysk şəhərlərindəki gəmi birləşmələri və hərbi hissələrində antiterror təlimlər keçirilib.  Milletcilik.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti”yə  Cənub Hərbi Dairənin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib.

Təlimlərə Xəzər Donanmasının 500 hərbçisi, 20-dək gəmi, kater və təchizat gəmisi, habelə 20 ədəd silah və hərbi texnikası cəlb edilib.

“Sualtı diversiya qruplarından istifadə edilməklə terror aktı təhlükəsi barədə siqnal daxil olduqda növbətçi və vaxta xidmətinin vəzifələrinin icrası, gəmi ekipajlarının verilən əmrləri yerinə yetirilməsi yoxlanılıb”, – deyə məlumatda bildirilir.

Təlim zamanı atılan addımlar nəticəsində hərbçilər şərti terrorçuları mühasirəyə alaraq məhv ediblər. Həmçinin təlim zamanı hərbi hissələrin ərazisində partladıcı qurğuların aşkarlandığı hallarda hərbçilər və mülki əməkdaşların görəcəyi tədbirlər yoxlanılıb.