RUSİYANIN SEÇİMİ NƏ OLACAQ?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.

HAMIYA PROBLEM YARADAN QURUM

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Belorus ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın çağdaş durumundan məmnunluğunu bildirib, dost ölkəyə qarşıdakı səfərə, həmçinin, həmkarı, Belarusun prezidenti Aleksandr Lukaşenko ilə müzakirə edəcək mövzulara toxunub. Bu kontekstdə Prezident İlham Əliyev Azərbaycan-Belarus münasibətlərinin inkişafına “ermənistan” adlı ərazidə psixopatik səviyyədə olan qısqanclıqla yanaşılmasını düzgün olaraq vurğulayıb:

“-… Biz Belarusdan hərbi texnika alırıq və onun keyfiyyətindən, göstəricilərindən çox razıyıq. Belarus hərbi sənaye sahəsində də çox yüksək səviyyə nümayiş etdirir və biz hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik.

Doğrudur, Siz bilirsiniz ki, bu, Ermənistanda, belə deyim, psixoz tutmalara səbəb olur. Bu da son dərəcə təəccüblüdür. Çünki Azərbaycan təkcə Belarusdan silah almır. Azərbaycana hərbi texnikanın ən iri tədarükçüsü Rusiyadır. Həmçinin biz Türkiyədən, İsraildən, Pakistandan, Avropa ölkələrindən böyük həcmdə silah-sursat və texnika alırıq. Buna görə də təəccüblüdür ki, iradlar müstəsna olaraq Belarusa göstərilir. Mən hesab edirəm ki, bu, Ermənıstanda Belarusa qarşı acizlik kompleksinin təzahürüdür. Səbəblər də kifayət qədər sadədir. Həm Belarus, həm də Ermənistan eyni vaxtda müstəqillik əldə ediblər. Bu gün Ermənistan dünyanın ən yoxsul ölkələrindən biridir və həyatın girdabındadır. İyirmi il ərzində öz xalqını istismar və qarət edən hakimiyyətin erməni xalqı tərəfindən devrilməsi bunun parlaq təzahürüdür.

Belarus isə bir vaxtlar qoyulan sanksiyalara baxmayaraq, uğurla inkişaf edib və edir. Bu da Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun müdrik siyasətinin nəticəsidir. Belarus güclü, inkişaf edən sənaye və kənd təsərrüfatı, yüksək səviyyəli sosial müdafiəsi olan dövlətə çevrilib. Mən Sizin ölkədə dəfələrlə olmuş insan kimi bunu tamamilə obyektiv və səmimi deyirəm. Buna görə də bizə elə gəlir ki, Ermənistan tərəfindən Sizin ölkənizə qarşı deyilən əsassız iradlar öz məğzinə görə məhz bu amilə əsaslanır.

Həmçinin biz təbii ki, regionumuzda baş verən vəziyyəti müşahidə edirik, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu yaxınlarda Qazaxıstanda keçirilmiş Sammitini çox diqqətlə izlədik. Biz buna laqeyd deyilik. Fikrimcə, bunu başa düşmək olar. Çünki Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və əlbəttə ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik. Bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir. Biz beynəlxalq siyasətin digər məsələlərini də müzakirə edirik. Bu da Ermənistanda hər hansı təşviş doğurmamalıdır. Ermənistanın Xarici İşlər Nazirliyinin bu yaxınlardakı bəyanatını beynəlxalq təcrübədə tamamilə yolverilməz hesab edirik. Xarici İşlər Nazirliyi digər ölkənin, xüsusilə də müttəfiq sayılan ölkənin prezidentinin hərəkət və sözlərini şərh edə və yanlış adlandıra bilməz. Yanlışlıq belə əməlləri özünə rəva bilən Ermənistanın Xarici İşlər Nazirliyinin davranışıdır. Görünür, bu, onların dünyanı və dünya xəritəsində öz yerlərini qeyri-adekvat dərk etmələrinin nəticəsidir. Eyni zamanda, bildiyiniz kimi, Ermənistan tərəfi bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının problemləri mövcuddur. Yəqin ki, burada onlar haqlıdırlar. Bu problem, ilk növbədə, elə Ermənistanın özüdür və Ermənistanın törətdiyi problemlərdir. Biz, əlbəttə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibin Ermənistan nümayəndəsinin təyinatını narahatlıqla qəbul etdik. Əvvəla, ona görə ki, bu dövlət Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. İkincisi də əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş namizədin özünün şəxsiyyətinə görə. Burada da, deyildiyi kimi, bizdə personajın özünün hansı keyfiyyətlərə malik olması şübhə doğurmur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibinin rəhbərlik etdiyi və Ermənistan ordusu üçün ağır məğlubiyyətlə nəticələnən Azərbaycan və Ermənistan ordularının döyüş qarşıdurmaları zamanı rüsvayçı davranışını xatırlamaq kifayətdir. Yəni, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi mühüm beynəlxalq quruma bu şəxsin təyinatı müəyyən dərəcədə təşkilata hörmətsizlik idi. Bu adamın cinayətə görə təqib edilərək sürgün edilməsi isə beynəlxalq təcrübədə nadir hadisədir – beynəlxalq məmur bu minvalla məsuliyyətə cəlb olunur və üzv ölkələrə heç bir xəbər verilmir. Buna görə də bir daha demək istəyirəm ki, əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hər hansı bir problemi varsa, o da Ermənistandır və onun yaratdığı problemlərdir. Bizim münasibətlərimizə gəlincə, onlar sarsılmazdır, möhkəm bünövrəyə malikdir, dostluq, qarşılıqlı hörmət, dəstək münasibətlərinə əsaslanır və gələcəyə yönəlib”.

Prezident İlham Əliyevin işğalçı ölkənin tutduğu mövqenin hamı üçün problem yaratması barədə şərhi təqdir olunası bir təhlildir. Belə desək, bu “dövlətcik” yarandığı gündən onu himayə edən bəzi dövlətlərin siyasi çevrələrinin boğazında ilişənkal armuda çevrilib.

RUSİYA ÜÇÜN BOYUNDURUQ

Rusiya siyasi dairələri anlayırlar ki, “ermənistan” onların İslam və Türk dünyası ilə münasibətlərində ən böyük problemlərdən biridir. Türkiyə ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasına elə ilk əngəl məhz bu “dövlətcikdir”. Rusiyanın təkləndiyi bir zamanda ermənilərin öz “dövlətciklərinin” adını dəyişib, “şərqi hayastan” qoyulması barədə ucuz şivənlikləri, qondarma qurumun “bayraq” adlı əski parçasında Ağrı dağının təsviri birbaşa Türkiyəyə ərazi iddiaları deməkdir. Belə isə, Türkiyədə Moskvanın səmimiliyinə etibar hansı səviyyədə olmalıdır ki? Ermənilərin bu cür təxribatı birbaşa Qərbin dəyirmanına su tökür. Çünki Ankara və Moskva yaxınlaşması Qərbin ən sevmədiyi mövzudur.

Digər tərəfdən, ermənilərin mövqeyi Rusiyanın aparıcı rol oynamaq istədiyi avrasiyaçılıq layihələrini də dalana aparıb çıxarır. Rusiya avrasiyaçılıqda nəyə isə nail olmaq istəyirsə, sayı 100 milyonu aşıb keçmiş Türk Dünyası ilə dil tapmaq əvəzinə, bir yığın erməninin nazı ilə oynamaqda davam edir.

“Ermənistan” adlı qondarma qurumun sanksiyalarla üzləşmiş Rusiya iqtisadiyyatı üçün hansı bir yükə çevrildiyindən danışmağa belə, dəyməz.

Görünən budur ki, rəsmi Moskvanın ermənipərəst siyasəti gec-tez bu ölkəni fiaskoya gətirib çıxaracaq. Çünki belə getsə, günün bir günü Moskva ayılıb görəcək ki, Cənubi Qafqazda artıq Azərbaycan da öz müstəqilliyini və ərazilərini müdafiə etmək üçün NATO və ya digər Rusiyanın təmsil olunmadığı hərbi bloka meyllənməyə məcbur olacaq.

Bəzi rus siyasətçiləri “Azərbaycanın seçim etmək üçün şansı yoxdur”, “Qərb Azərbaycana erməni işğalları ilə münasibətdə heç bir qarant vermir” və s. bu kimi fikirlərlə arxayınlıqlarını bildirirlər. Rus siyasətçilərinin bu fikirlərinə qulaq asdıqca iki nəticəyə gəlirsən: 1) ya bu “analitiklər” ermənilərin satın aldığı oyuncaqlardır. Öz dərin mənasında Rusiyada erməni diaspor mafiyası ABŞ CİA-nın layihəsini gerçəkləşdirdiyi üçün elə həmin rus “analitikləri” dolayısı ilə anqlo-saksonlara çalışırlar.

2) ya da bu rus “analitiklərin” beyinciyi abstrakt düşünməyə qadir deyil. Yəni, onlar əks-versiyanı təsvir edə bilmirlər. Bəlkə, sabah Qərb Rusiyanı çökdürmək üçün rəsmi Bakıya belə qarantları versə, onda necə? Niyə də ola bilməsin?

Vaxtilə, 1-ci Dünya Savaşının sonunda islamofob, anti-türk ideya ilə erməniləri Osmanlıya qarşı qısqırdmış anqlo-sakson və frankofon qüvvələr, siyasi gerçəkliyi nəzərə alıb, ermənilərə söz verdikləri “böyük hayastanı”  heç yaratmadılar. Kütbeyin erməniciklər, onları birdəfəlik əşya kimi istifadə edib, sonra zibil yeşiyinə atan anqlo-saksonların, frankofonların sifətinə baxıb göz döyürdülər. Heç panxristianizm, ari irqçiliyi həmrəyliyi ideyaları da bir rol oynamadı. Çünki Qərb gördü ki, potensialı olan yerli xalqla dil tapmaq daha məntiqlidir, nəinki heç bir demoqrafik potensialı olmayan diaspor mafiyası ilə…

Rusiya nə qədər öz gücünə arxalansa da, o, Gürcüstanı, Ukraynanı əbədi olaraq itirdi. Artıq  Azərbaycanla bağlı Rusiyanın seçim qarşısında durma anı da yetişməkdədir.

Xeyr, bu cür seçimə Rusiyanı nə Azərbaycan, nə dünyada gedən proseslər vadar etmir. Bu cür seçimə, həmçinin, bölgə və xarici siyasətində fiaskoya Rusiyanı məhz onun yaratdığı “ermənistan” adlı qondarma qurum yuvarladır…

Qarxunlu

 “Millətçilik” qəzeti