Rusiyanın Ermənistandakı bazası cərimələnib

Ermənistan Dövlət Gəlirlər Komitəsi Rusiyanın Gümrüdəki hərbi bazasını cərimələyib.

Millətçilik.az xəbər verir ki, məlumatı “Yerevan.today” yayıb.

Məlumata görə, hərbi bazanın ərazisindəki dükan alış-veriş zamanı alıcıya kassa qəbzi təqdim etməyib. Bildirilib ki, komitənin iyulun 9-da qəbul etdiyi qərara əsasən, bu mağazanın fəaliyyəti 5 gün müddətinə cari il sentyabrın 19-dan 23-dək dayandırılacaq.