Rusiyada hərbi poliqonda partlayış olub, zabit və əsgər ölüb, xeyli hərbçi yaralanıb

Rusiyanın Zabaykalye diyarında yerləşən Tsuqol poliqonunda döyüş sursatının partlaması nəticəsində zabit və əsgər ölüb.

Milletcilik.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.Hadisə nəticəsində daha bir zabit və 4 əsgər xəsarət alıb.Hadisə hədəf sahələrinin partlamamış sursatlardan təmizlənməsi zamanı baş verib. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdirilib.Onların həyatı üçün təhlükə yoxdur.