Rusiya Telman İsmayılovu “İnterpol” xətti ilə axtarışa verir

Rusiya İstintaq Komitəsi Çerkizov bazarının keçmiş sahibi, azərbaycanlı milyarder Telman İsmayılovun “İnterpol” xətti ilə axtarışa verilməsi üçün Baş Prokurorluğa müvafiq materiallar göndərib.

Bu barədə xəbər İstintaq Komitəsinin saytında yerləşdirilib.

Qeyd olunur ki, Telman İsmayılovun qətl və qanunsuz silah dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi qaldırılıb. “İstintaqın məlumatına əsasən Telman İsmayılov Vladimir Savkin və Yuriy Brılyev adlı iki sahibkarın ölümünü təşkil edib. Bu qətllərin planını o, qardaşları Rafiq və Vaqif İsmayılovla birgə hazırlayıb. Qətlin icraçısı qismində çıxış edən edən Mehman Kərimov 2016-cı il mayın 15-də hər iki şəxsə atəş açıb”, – deyə məlumatda bildirilir.

Telman və Vaqif İsmayılov qardaşları barəsində bir müddət öncə qiyabi həbs-qətimkan tədbiri seçilib.