Rusiya qazının Ukrayna üzərindən tranziti ilin əvvəlindən beş dəfə azalıb

Rusiya qazının Ukrayna üzərindən tranziti ilin əvvəlindən beş dəfə azalıb.

Millətçilik.az xarici KİV-ə istinadən xəbər verir ki, 2020-ci ilin əvvəlindən Rusiya qazının Ukrayna üzərindən tranziti dekabrın orta göstəricisi ilə müqayisədə 5,3 dəfə aşağı enib. Ötən ilin dekabrında qaz nəqli 261 mln kub metr təşkil edirdisə, Ukrayna qaz ötürmə sistemi ilə 220,05 mln. kubmetr qaz ötürülüb. Lakin bu göstərici 1 yanvar tarixinə 49,3 mln kubmetr qaz təşkil edib. Yəni, tranzit həcmi 38,8 mln kubmetrə qədər azalıb.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna “Qazprom” ilə yeni müqavilə çərçivəsində Avropa Birliyinə qaz nəqlinin başladığını elan edib. Bildirilib ki, ilk kubmetr yanacaq Rusiya ilə yeni tranzit müqaviləsi çərçivəsində artıq Avropa Birliyinə ötürülüb.