Rusiya prezidenti Ankaraya gedib

Rusiya prezidenti Vladimir Putin Türkiyə, İran, Rusiya arasında Suriyadakı münaqişəyə dair üçtərəfli zirvə görüşündə iştirak etmək üçün Ankaraya gedib.

Millətçilik.az xarici KİV-ə istinadən xəbər verir ki, əsas diqqətin Suriyanın şimal-qərbindəki İdlib bölgəsində gərginliyi azaltmağa yönələcəyi danışıqlardan sonra Astana prosesinin zəmanətçi ölkələrinin liderləri birgə bəyanat yayaraq jurnalistlərlə də görüşəcəklər.

Həmçinin sammit çərçivəsində ikitərəfli görüşlər də nəzərdə tutulur.

Bundan əvvəl sammit ərəfəsində Türkiyə və İran prezidentləri – Rəcəb Tayyib Ərdoğanla Həsən Ruhani arasında bu səpgili ikitərəfli danışıqların keçirildiyi bildirilmişdi.