Rusiya Olimpiadadan uzaqlaşdırıldı

Rusiyanın Beynəlxalq Olimpiya Komitəsinə (BOK) üzvlüyü dayandırılıb.

Milletcilik.az Rusiya mətbuatına istinadən xəbər verir ki, BOK-un bu gün keçirilən iclasında Rusiya idmançılarının gələn Cənubi Koreyanın Pxenyan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarından kənarda qalması haqda qərar qəbul edilib.

3 il əvvəl Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarında iştirak etmiş bütün rus idmançılardan dopinq testlər götürüləcək. Yasaqlı maddələrdən istifadə etməmiş idmançılar sərbəst şəkildə 2018-ci il Qış Olimpiadasına qatıla biləcəklər.

Lakin onlardan hansısa biri çempion olacağı halda Beynəlxalq Olimpiya Komitəsinin (İOC) bayrağı dalğalandırılacaq və himni səsləndiriləcək.

Rusiya isə ölkə olaraq Pxenyanda təmsil olunmayacaq. Şimal qonşularımızın nə himni, nə də bayrağı Cənubi Koreya paytaxtında nümayiş etdirilməyəcək.