Rusiya MSK: Bülletenlərin 96 faizi sayılıb, Putin 76,5 faiz səslə irəlidədir

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. APA-nın Moskva müxbirinin Rusiya MSK-da yaradılan İnformasiya Mərkəzindən verdiyi xəbərə görə, hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 96,18 faizi hesablanıb. İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 76,5 faiz səslə irəlidədir.

İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 11,9 faizinin səsini toplaya bilib. Üçücü yerdə 5,7 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,6 faiz səslə Kseniya Sobçak gəlir.