Rusiya Bankı uçot dərəcəsini dəyişməyib

Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurasının bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin 7,5% səviyyəsində saxlanılmasına qərar verilib.

Millətçilik.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Xatırladaq ki, bu ilin fevral və may aylarında Rusiyada uçot dərəcəsi 0,25 faiz bəndi azaldılmışdı. Sentyabr ayında isə 2014-cü ildən sonra ilk dəfə olaraq faizlər eyni ölçüdə artırılaraq 7,5%-ə çatdırılıb. Bu tədbir beynəlxalq sanksiyalar nəticəsində Rusiya rublunun kəskin ucuzlaşması və artan inflasiya risqi ilə bağlı həyata keçirilib.