Rusiya-Azərbaycan sərhədində yük avtomobillərinin növbəsi aradan qalxıb

“Rusiya-Azərbaycan sərhədində yük avtomobillərinin keçid məntəqələrində növbəsi ilə bağlı vəziyyət stabilləşib, artıq növbə yoxdur”.

 

Milletcilik.az-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Dağıstan baş nazirinin müavini Ramazan Cəfərov bildirib.

“Artıq bir neçə gündür, Azərbaycanla sərhəddə növbə yoxdur, vəziyyət stabilləşib. Dağıstan rəhbəri Vladimir Vasilyev özü şəxsən vəziyyətlə tanış olmaq üçün “Vidauk” gömrük logistika mərkəzinə və “Yaraq-Kazmalar” buraxılış məntəqəsinə gedib, orada sürücülər, servis nümayəndələri ilə görüşüb, işlər öz axarında davam edir”, – deyə R.Cəfərov vurğulayıb.R.Cəfərovun sözlərinə görə, yaxın vaxtlarda maraqlı tərəflərin, həmçinin yük daşıyıcılarının nümayəndələri də daxil olmaqla, Rusiya-Azərbaycan sərhədində öncədən təqdim olunmuş məlumatlar yoxlanılacaq: “Texniki cəhətdən gömrükdə avtomobillərin axınının öhdəsindən gəlmək mümkündür. Əgər müxtəlif daşıyıcılar tərəfindən süni şəkildə növbə yaradılması aşkarlanarsa, müvafiq qurumlar bununla bağlı lazımı tədbir görəcək”.

Milletcilik.az