Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək

“Azərbaycan Dəmir Yolları”QSC Mətbuat katibliyi  şöbəsinin rəisi Natəvan Bayramovanın Millətçilik.az-a verdiyi məlumata görə,bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək.

Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasınaartan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019- cu il tarixlərində əlavə qatar təyin ediləcək.

Bakıdan 10  avqust 2019-cu il tarixində 704nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 0740-dayola düşəcək və Gəncəyə saat 1155-dəçatacaqdır.

Bakıdan və Gəncədən 13  avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat  0740-da yola düşəcək və Gəncəyə saat 1155-də  çatacaq, geriyə Gəncədən saat 1830-da yola düşəcək və Bakıya saat 2245-də çatacaqdır.