Qulinin adamları arasında atışma: qətlin – Şok videosu/18+

Rusiyanın Sankt-Peterburq şəhərində 31 yaşlı azərbaycanlı Füzuli Qarayevi qətlə yetirən 46 yaşlı Mahir Məmmədov həbs edilib.

Millətçilik.az xəbər verir ki, Mahir Məmmədov Füzuli Qarayevi aprelin 30-da axşam saatlarında güllələyərək öldürüb. Məlum olub ki, hər iki şəxs kriminal dünyada “Lotu Quli” ləqəbi ilə tanınan qanuni oğru Nadir Səlifovun adamı olub.

Tərəflər arasında mübahisə “vəzifə” uğrunda düşüb. Məlumata görə, Mahir Lotu Qulinin adından Sankt Peterburqda iş adamlarından xərac yığmaqla məşğul olub. Lakin o, yığılan pulların bir hissəsini “qanuni oğru”dan gizlətdiyi üçün o, bu səlahiyyətindən məhrum edilib.

Lotu Qulinin göstərişi ilə Mahirin yerinə Füzuli “təyin” edilib. Bu isə Mahirin xoşuna gəlməyib və Füzilini “söhbət”ə çağırıb. Nəticədə Mahir Füzulinin baş və bədən nahiyəsinə bir neçə dəfə atəş açıb. Qarayev aldığı güllə yarasından hadisə yerində ölüb.