Qonşusunu bıçaqlayan Avropa Çempionuna 4 il həbs kəsildi

Qonşusunu bıçaqlamaqda təqsirləndirilən keçmiş Avropa Çempionumuz Xətai Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milletcilik.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə o, 4 il  müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Nərimanov rayonunda baş verib. 1983-cü il təvəllüdlü X.Məmmədov məhəllə uşağı Niyaməddin Rüstəmovu  bıçaqlayıb.

Hadisəyə maşın saxlamaq səbəb olub. Qonşular buna görə bir biri ilə mübahisə ediblər. Mübahisə qanlı hadisə ilə başa çatıb.

Xətai Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, X.Məmmədov 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.