Qobustan və Hacıqabul stansiyalarında yeni yoldəyişənlər quraşdırılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Millətçilik.az.az-a verilən məlumata əsasən,Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir.

Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 170 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Qobustan və Hacıqabul stansiyalarında 4 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.

Qənimət Məmmədov