Qırğızıstan Rusiyaya olan borclarını sildirdi

Qırğızıstan dövlət başçısı Sooronbay Jenbekov Rusiya Federasiyası olan 240 milyon ABŞ dolları borcun silinməsi üçün qanun layihəsini imzalamışdır. Bu barədə Milletcilik.az prezidentin mətbuat xidmətinə istinad olaraq xəbər verir.

2012-ci ildən Rusiya-Qırğızıstan borcların silinməsinə aid dövlətlərarası razılaşması qüvvədədir. İlkin olaraq bu borc 488,9 milyon ABŞ dolları miqadarında idi. 2013-cü ilin may ayında bu borcun 188,9 milyonu silindi. 2016-2017 ci ildə borc daha 60 milyon ABŞ dolları azaldıldı. Keçmiş prezident Almazbek Atambayevin Moskvya səfəri zamanı borcun qalan 240 milyon hissəsinin silinməsi üçün protokol imzalanmışdır. Sonradan Rusiya hökuməti protokolu ratifikasiya etmək üçün Dövlət Dumasına göndərmişdi.