Qazaxıstan şirkəti Azərbaycana avtobus ixrac etmək niyyətindədir

Qazaxıstanın “Daewoo Bus” şirkəti Azərbaycana avtobus ixrac etmək niyyətindədir.

Millətçilik.az xəbər verir ki, bunu “İnterfaks Qazaxıstan”a şirkətin baş direktorunun müavini Marat Makişev deyib.

M.Makişev hazırda istehsal etdikləri avtobusların  Rusiya, Azərbaycan, Tacikistan və digər MDB ölkələrinə ixracı ilə bağlı çalışdıqlarını vurğulayıb.

O, 2019-cu ildə avtobus istehsalını 3 dəfə artırmaq niyyətində olduqlarını da bildirib. “Ötən il 120, bu il 210 ədəd avtobus istehsal olunub. Növbəti ildə bu rəqəmi 300-400 ədədə  çatdırmağı planlaşdırırıq”, – şirkət rəsmisi qeyd edib .