“Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı

Milletcilik.az xəbər verir ki, İtaliyadakı “Olimpik” stadionunda keçirilən “Roma” – “Qarabağ” oyunu başa çatıb. Görüşdə İtaliya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. “Roma”nın heyətində Dieqo Perotti fərqlənib.

“C” qrupunun Londonda keçirilən “Çelsi”-“Atletiko Madrid” oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

“Çelsi” klubu 11 xalla “C” qrupunun lideri olub. Eyni xala malik “Roma” ikinci, “Atletiko Madrid” 7 xalla üçüncü, “Qarabağ” isə 2 xalla sonuncu – dördüncü pillədə qərarlaşıb.

“Roma” və “Çelsi” mübarizəni növbəti mərhələdə, “Atletiko Madrid” isə UEFA Avropa Liqasında davam etdirəcək. “Qarabağ” üçün isə avrokubok həyəcanı başa çatıb.