“Qarabağ” “Çelsi”yə uduzdu

Bu gün Çempionlar Liqasının qrup mərhələsində beşinci tura yekun vurulacaq.

Qol.az-ın xəbərinə görə, turnirdəki təmsilçimiz “Qarabağ” öz meydanında “Çelsi”ni qəbul edib. Ağdam klubu 0:4 hesabı ilə uduzub.

Bu komandalar arasında Londonda keçirilən ilk görüşdə də “Çelsi” 6:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, Qurban Qurbanovun komandası ÇL-in qrup mərhələsində sonuncu oyununu səfərdə “Roma”ya qarşı keçirəcək.

Çempionlar Liqası, V tur

22 noyabr

C qrupu

21: 00. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə) – 0:4
Qollar: 
Eden Hazard, 21-pen, Villian, 36, Fabregas, 73-pen, Villian, 85
Qırmızı vərəqə: Rəşad Sadıqov, 19 (“Qarabağ”)
Baş hakim: Manuel De Souza
Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos
Dördüncü hakim: Nuno Pereyra (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu