Qara dənizdə azərbaycanlıların da olduğu gəmi batıb, ölənlər var

Türkiyənin Samsun şəhərindən 130 kilometr məsafədə – Qara dənizdə Panama bayrağı ilə üzən yük gəmisi batıb.

“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, 13 nəfərlik heyəti olan gəmidə Türkiyə Sahil Mühafizəsi (Sahil Güvənlik) tərəfindən xilasetmə əməliyyatı aparılır. Samsun valiliyindən verilən məlumata görə, hal-hazırda 6 nəfər xilas edilib, iki nəfərin isə öldüyü məlum olub.

Gəmi heyəti arasında 9 nəfər Ukrayna, 2 nəfər Azərbaycan, 2 nəfər də Rusiya vətəndaşının olduğunu bildirən valilik axtarış xilasetmə əməliyyatına 1 təyyarə, 4 helikopter, 4 gəminin cəlb olunduğunu qeyd edib.