Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər 49,5 faiz artırılır

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi xərcləri artırılır.

Milletcilik.az məlumatına görə, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən bütövlükdə 487 milyon manat nəzərdə tutulub.

Nazir müavini qeyd edib ki, bu, cari illə müqayisədə 49,5% və ya 161 mln. manat çoxdur.