Qəndil PKK-ya məzar oldu

Türkiyə Silahlı Qüvvələrinin PKK-nın mərkəzi Qəndilə təşkil etdiyi əməliyyatlarda 300 terrorçu öldürülüb.

Millətçilik.az xəbər verir ki, bu barədə TSQ-nın iyun ayına olan hesabatında deyilib.

Əməliyyatlarda TSQ, polis, jandarma, MİT və təhlükəsizlik qoruyucuları iştirak edib. 1-30 iyun tarixləri arasında PYD-PKK terror qruplaşmasının hücumlarında 19 təhlükəsizlik əməkdaşı şəhid olub. Bir nəfər mülki şəxsin həlak olduğu hücumlarda yaralanan 28 əsgərin isə müalicəsi davam edib.

PKK və təşkilatın gənclər qanadı istiqamətindəki əməliyyatlarda 412 şübhəli saxlanılıb. Onlardan aralarında HDP və DBP üzvlərinin də olduğu 80 nəfər həbs edilib.

Son bir həftə ərzində təhlükəsizlik orqanları ümumilikdə 1363 əməliyyat keçirib.