PYD mövqeləri darmadağın edildi-Şəhidlərin qisası alınır!

Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatı çərçivəsində əsgərlərinin şəhid olduğu əraziyə artilleriya zərbələri endirir.

Milletcilik.az xəbər verir ki, “Fırtına” haubitsaları PYD/YPG nəzarətindəki bölgələrini kəskin top atəşinə tutub.

Bombalanan ərazidəki hədəflər tam dəqiqliklə vurulub. Ərazidən yüksələn dumanlar sərhədin Türkiyə tərəfində də müşahidə olunub.

Qeyd edək ki, Afrinin şimal-şərqindəki Şeyx Xoruz bölgəsində əməliyyat zamanı bir Türkiyə tankının vurulması nəticəsində 7 hərbçi şəhid olmuşdu.