Putinin böyük mətbuat konfransının vaxtı məlum olub

Rusiya prezidenti Vladimir Putinin hər il keçirilən ənənəvi böyük mətbuat konfransının vaxtı məlum olub.

Milletcilik.az-ın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putinin mətbuat konfransı dekabrın 14-də keçiriləcək.

Akkreditasiya müddəti dekabrın 1-də Moskva vaxtı ilə 17:00-da başa çatacaq.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hər ilin sonunda yerli və xarici KİV-lər üçün böyük mətbuat konfransı keçirir.