Prezident İlham Əliyevin şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin təqaüdlərini artırdı

Prezident İlham Əliyevin şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin təqaüdünün artırılması ilə bağlı sərəncamları 30 min insanın sosial müdafiəsinin yaxşılaşdırılmasına yönələcək.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Prezidentin bu sərəncamları çox mühüm bir addımdır: “Sərəncamlarda həmin şəxslərə verilən təqaüdlərin aylıq məbləğinin 2018-ci il martın 1-dən 10 faiz artırılması qeyd edilib”.

Komitə sədri qeyd edib ki, şəhid ailələri, müharibə və 20 yanvar əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqətindədir. (trend)