Peskov Putinin səhhəti haqqında açıqlama verib

“Rusiya prezidenti Vladimir Putin tam sağlamdır”.

Milletcilik.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu prezidentin sözçüsü Dmitri Peskov ABŞ dövlət başçısı Donald Trampın səhhəti ilə bağlı hesabatı şərh edərkən deyib.

D. Peskov jurnalistlərin prezidentin səhhəti ilə bağlı məlumatların dərc edilib-edilməməsi ilə bağlı sualına cavabında deyib ki, Rusiya qanunvericiliyində belə bir format mövcud deyil: “Qanunvericiliyimizdə prezidentin sağlamlıq durumu barədə məlumatların açıqlanması nəzərdə tutulmayıb. Sizi əmin edə bilərəm ki, prezidentimiz çox sağlamdır və çoxlarından üstündür”.

Qeyd edək ki, bu gün ABŞ mətbuatında prezident Donald Trampın müayinəsinin nəticələri dərc olunub. Trampı müalicə edən həkim Roni Cekson onun səhhətinin mükəmməl olduğunu bildirib.