Pentaqon Türkiyənin alacağı silah üçün 300 milyon ayırdı

Pentaqon Türkiyə, Ukrayna, Litva, Estoniya, Avstraliya və Tayvan kimi ölkələr üçün “Javelin” tank əleyhinə raket komplekslərinin istehsalına 307,5 milyon dollar vəsait ayırıb.

Millətçilik.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında informasiya yayılıb.

Sözügedən məbləğ “Raytheon” və “Lokid Martin” şirkətlərinə ayrılıb. 31 avqust 2021-ci il tarixində başa çatdırılması nəzərdə tutulan istehsal üzrə işlərin Arizonada aparılacağı bildirilib.