“Pakrov Məhərrəm” həbs edildi…

Rusiyada  “Pakrov Məhərrəm” adı ilə tanınan iş adamı Məhərrəm Quliyevin həbs olunması ilə bağlı məlumat yayılıb.

Milletcilik.azın məlumatına görə, əslən Şəmkir rayonundan olan iş adamı Məhərrəm Quliyevin əli qandallı vəziyyətdə saxlanılması ilə bağlı video “youtube” şəbəkəsində yerləşdirilib.

Azərbaycanlı iş adamının saxlanılmasının səbəbi açıqlanmır.

 Qeyd edək ki, Məhərrəm Quliyev bir vaxtlar Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən “Pakrov” meyvə tərəvəz bazasının sahiblərindən biri olub. 2013-cü ildə azərbaycanlı Orxan Zeynalovun Qərbi Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməsi ilə bağlı Biryulevoda baş qaldıran etirazlardan sonra Moskva hökuməti Pakrov bazasını bağlayıb. Bundan sonra Məhərrəm Quliyev biznesini Kalujskoe şosedə yerləşən “Fud siti” meyvə-tərəvəz bazasında davam etdirib.