Pakistan Hindistan vətəndaşı olan dustaqların siyahısını bu ölkəyə təqdim edib

Pakistan hökuməti həbsxanalarda saxlanılan 261 hindistanlı dustağın siyahısını həmin ölkəyə təqdim edib.

“Report” DND-yə istinadən xəbər verir ki, bunlar arasında 52 mülki şəxs və 209 balıqçı var.

İyulun 11-14-də Kərtərpur dəhlizinə dair növbəti danışıqar keçirməyi təklif edən Hindistan hökuməti də Pakistan tərəfinə ölkəsindəki pakistanlı dustaqların siyahısını təqdim edəcək.

Hər iki ölkənin Pəncab bölgəsindəki sərhəddə 1999-cu ildə açılmış Kərtərpur dəhlizindən siqh zəvvarları Pakistan ərazisində yerləşən Kərtərpur ziyarətgahına gəlib-gedirlər.

Xatırladaq ki, bu il fevral ayında iki ölkə arasında Hindistanın Cəmmu və Kəşmir ştatında növbəti dəfə hərbi toqquşma baş vermişdi.