Özbəkistan Mərkəzi Bankı üzən məzənnə rejiminə keçib

Özbəkistan Mərkəzi Bankı üzən məzənnə rejiminə keçdiyini açıqlayıb. Bu isə ölkənin milli valyutası olan sumun kursunun valyuta bazarından asılı olaraq dəyişəcəyi deməkdir.

Millətçilik,az TASS-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Mamarizo Nurmuratov bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank artıq sumun kursunun formalaşmasında maksimum 5 faizlik uzaqlaşmanın ləğv edilməsinə dair qərar qəbul edib və indi kurs alıcılar və satıcılar tərəfindən formalaşdırılacaq.

Eyni zamanda Mərkəzi Bank kommersiya banklarına xarici valyutanı nağd şəkildə satmağa da icazə verib.