Oqtay Əsədov: “Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır”

“Ermənistan məktəblərindəXocalı soyqırımı, Ermənistanın Azərbaycanı işğal faktı və Azərbaycanda millətlərin birgə yaşayışı ilə bağlı yanlış təbliğatlar aparılır”.

Milletcilik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Şahin İsmayılov bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bununla bağlı araşdırma aparıb və faktlar tapıb.

Spiker Oqtay Əsədov ondan faktları təqdim etməsini xahiş edib: “Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə işlərə başlamışıq, bu faktlar bizə lazım olacaq”.