Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa olundu

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Millətçilik.az-a verilən məlumata görə,ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edilir.

Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir. 19, 20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik,  Bakı- Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarlar  martın 20 və 21-də geriyə sərnişinsiz qayıdacaq.