Nikol Paşinyan Strasburqa gedib

Ermənistanın Baş naziri Nikol Paşinyanın Strasburqa işgüzar səfəri başlayıb.

Millətçilik.az xəbər verir ki, bu barədə “Armtimes” məlumat yayıb.

Hökumət başçısı əvvəlcə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paske ilə görüşəcək.

N.Paşinyan daha sonra Avropa Şurasının baş katibi Turbyor Yaqlandla danışıqlar aparacaq. Sonra onlar birgə mətbuat konfransı keçirəcəklər.

Baş nazir AŞPA-nın yaz sessiyasının plenar iclasında iştirak edəcək.