Nikol Paşinyan: “Mən danışıqları Serj Sarqsyanın dayandığı yerdən davam etdirmirəm”

“Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqları Serj Sarqsyanın nöqtə qoyduğu yerdən deyil, öz hesabımla aparıram. Bu, çox vacib nüansdır”.

“Report” “Newsarmenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnaslitlərin “siz danışıqları Serj Sarqsyanın dayandığı yerdən davam etdirirsiniz” sualına cavabında bildirib.

Hökumət başçısı danışıqların S.Sarqsyanın dayandığı yerdən davam etdirilməsi barədə məlumatların çaşqınlıq yaratdığını vurğulayıb.

N.Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə martın 29-da Vyanda keçirilən görüş səmərəli olub: “Qarabağ münaqişəsi tənzimlənməyib. Danışıqların heç biri səmərəli deyil. Bununla belə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların konstruktiv və müsbət atmosferdə keçdiyini bildirirlər. Biz bu mətni razılaşdırmışdıq”.